İcra başçısının aləsindən intiharla bağlı  AÇIQLAMA
07 may 2021 14:13 (UTC +04:00)

İcra başçısının aləsindən intiharla bağlı AÇIQLAMA

Yevlax rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyevin ailəsi ona məxsus evdə asılmış meyitin tapılması haqda yayılan informasiyalara münasibət bildirib.

Ailədən APA-ya verilən məlumata görə, həmin evin Anar Tağıyevə heç bir aidiyyəti yoxdur: “Həmin ev Sovet dövründə 12 sot sahəsi olan ərazidə tikilmiş kiçik bir bağ evidir. Burada heç bir imarətdən söhbət gedə bilməz. Bu ev Anar Tağıyevə yox, onun atasına aiddir".

Qeyd olunub ki, intihar etmiş gözətçi Ruslan Səmədov uzun illərdir, o evdə yaşayaraq qaravolçuluq edib: "Onun ailəsi ilə məişət zəminində problemləri olub və bu səbəbdən də intihar edib".

Ailə hesab edir ki, bunu A. Tağıyevin imarətində ölüm halı kimi təqdim etmək doğru deyil: "Mərhum R. Səmədovun vəfatından istifadə edib məsələni siyasiləşdirmək düzgün yanaşma sayılmır”.

Qeyd edək ki, mətbuatda RİH başçısının Mərdəkan qəsəbəsində, Köhnə Qoşa Qala restoranın arxasında yerləşən imarətində intihar hadisəsinin baş verdiyinə dair məlumat yayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6122

Oxşar yazılar

Mayamidə azərbaycanlı  suda boğulub öldü

Mayamidə azərbaycanlı suda boğulub öldü

21 may 2025 , 10:49
Polis idarəsinin binasına görə polkovnikə cinayət işi açıldı

Polis idarəsinin binasına görə polkovnikə cinayət işi açıldı

21 may 2025 , 10:42
Bakıda qadını zorla qaçırdılar:  həbs edilən var -VİDEO

Bakıda qadını zorla qaçırdılar: həbs edilən var -VİDEO

21 may 2025 , 10:14
Mingəçevirdə evdən meyit tapıldı

Mingəçevirdə evdən meyit tapıldı

21 may 2025 , 10:14
Kartlardan 7 min manatdan  çox pul oğurlandı

Kartlardan 7 min manatdan çox pul oğurlandı

21 may 2025 , 10:05
Sabirabadda körpə ölü doğuldu

Sabirabadda körpə ölü doğuldu

21 may 2025 , 09:58
Tehranda səfirliyimizə hücum edən EDAM OLUNDU

Tehranda səfirliyimizə hücum edən EDAM OLUNDU

21 may 2025 , 09:52
Gəncədə avtomobil piyadanı vurub öldürdü

Gəncədə avtomobil piyadanı vurub öldürdü

21 may 2025 , 00:42