Hökumət binalarında zəhərli məktublar tapıldı
17 fevral 2024 06:31 (UTC +04:00)

Hökumət binalarında zəhərli məktublar tapıldı

0

Belçika polisi ölkənin hökumət binalarında tərkibində zəhər (brusin) olan məktublar aşkar edib.

Lent.az-ın xəbərinə görə, bu barədə “Politico” məlumat yayıb.

"Polis Brüsseldəki bir neçə dövlət idarəsində brusin adlı zəhərli ağ toz olan məktublar tapıb", - qəzet yazır.

Brusin insanın mərkəzi sinir sistemini zədələyən, ətraflarda, boyun və üz əzələlərində spazmlara səbəb olan zəhərdir. Bu zəhərin təsirinin bir xüsusiyyəti səs və işığa məruz qaldıqda konvulsiyaların güclənməsidir. Bununla belə, brusin yalnız tənəffüs yolu ilə və ya bədənə başqa bir şəkildə daxil olduqda təhlükəli olur.

Brusin olan zərfləri alanlardan heç biri xəsarət almayıb, polis göndərənin kimliyini müəyyənləşdirir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5288

Oxşar yazılar