Hirkan Milli Parkında nə baş verib? -  YENİLƏNİB
24 sentyabr 2022 20:26 (UTC +04:00)

Hirkan Milli Parkında nə baş verib? - YENİLƏNİB

Hirkan Milli Parkında ağacların kəsilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, şübhəli şəxslər dindirilir. Parkın direktoru haqqında yayılan məlumat həqiqəti əks etdirmir.

***

19.31

Hirkan Milli Parkının direktoru Aqil Sucayev saxlanılıb.

Lent.az APA-ya istinadən xəbər verir ki,  parkın direktoru və digər bir neçə əməkdaşı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Onların hansı səbəbdən saxlanıldıqları barədə rəsmi məlumat verilməyib.

# 6558
avatar

Oxşar yazılar