Heyvanı nişan aldı, dostu öldü – MEŞƏDƏ QƏTL
10 yanvar 2024 16:41 (UTC +04:00)

Heyvanı nişan aldı, dostu öldü – MEŞƏDƏ QƏTL

0

Rusiyada 47 yaşlı kişi dostu tərəfindən güllələnib.

Lent.az xəbər verir ki, bu barədə regional İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Hadisə Louxski rayonunun Sosnovı kəndində baş verib. 

Bildirilir ki, kənd sakini meşədə ov edərkən ehtiyatsızlıqdan dostunu güllələyib. Təqsirləndirilən şəxs ifadəsində şikarını nişan alsa da, güllənin dostuna dəydiyini deyib. Çoxlu qan itirən yaralı meşədə dünyasını dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5475

Oxşar yazılar