Azərbaycan Milli Müdafiə Universitetinin rəisi Heydər Piriyev vəzifəsindən azad edilib.
Lent.az xəbər verir ki, onun yerinə polkovnik Gündüz Əbdülov təyin edilib.
Qeyd edək ki, Heydər Piriyev 2022-ci ilin iyun ayında Azərbaycan Milli Müdafiə Universitetinin rektoru vəzifəsinə təyin edilmişdi.