Türkiyədə şosse yolda hər gün kilometrlərlə piyada gedən kişinin meyiti tapılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İstanbulun Pendik qəsəbəsində qeydə alınıb. Tuzla-Maltepe arasındakı şossedə hər gün kilometrlərlə piyada gedən Selami Salmanı demək olar o yoldan keçən bütün sürücülər tanıyır. Onun gəzintisi sosial şəbəkələrdə də yayılaraq, məşhur olub.
İki gündür qohumları Salmandan xəbər ala bilmədikləri üçün polisə müraciət ediblər. Polis əməkdaşlarının onun yaşadığı evə baxışı zamanı kişinin meyiti aşkar edilib.
Onun hansı səbəbdən ölməsini müəyyən etmək üçün meyit məhkəmə-tibbi ekspertizasının yerli şöbəsinə göndərilib.