Həbsxanadakı keçmiş icra başçısı koronavirusdan öldü
08 sentyabr 2021 13:23 (UTC +04:00)

Həbsxanadakı keçmiş icra başçısı koronavirusdan öldü

Həbsdə olan sabiq icra başçısı vəfat edib.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, Ağstafa rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev dünən dünyasını dəyişib.

Sabiq icra başçısı Gəncə modul tipli xəstəxanada COVID-19-dan vəfat edib.

Onun sabah Goranboy rayonunun Tapqaraqoyunlu kəndində dəfn olunacağı bildirilir.

Qeyd edək ki , Nizaməddin Quliyev Goranboy, daha sonra isə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı olub.O, işində verdiyi nöqsanlara görə bir müddət idi həbs edilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2932

Oxşar yazılar