Həbsdəki icra başçısı  AZADLIQDA
15 sentyabr 2021 09:59 (UTC +04:00)

Həbsdəki icra başçısı AZADLIQDA

Yevlax şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov həbsdən buraxılıb.

Lent.az bildirir ki, bu barədə APA-ya onun vəkili Elnur Vəliyev məlumat verib.

Vəkil bildirib ki, bir müddət əvvəl sabiq icra başçısının vəziyyəti pisləşib və o, Bakı şəhərində Mərkəzi Klinikaya yerləşdirilib.

Ötən gün isə həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət verilib.

Şəki Ağır Cinayətlər Məhkəməsi vəsatəti təmin edib və sabiq icra başçısı barədə başqa yerə getməmək barədə iltizam tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2701

Oxşar yazılar