Ata Abdullayev
27 sentyabr 2021 18:53 (UTC +04:00)

Ata Abdullayev

Həbsdəki Ata Abdullayevdən YENİ XƏBƏR

Bloqer Ata Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, istintaq materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Fikrət Qəribovun icraatına verilib.

Cinayət işi üzrə 4 nəfər - Əliyev Elmar Ziyafət oğlu, Babayev Cəmil Alim oğlu, Əliyev Elçin Qulamağa oğlu və Həsənov Şahmar Şahlar oğlu zərərçəkmiş qismində tanınıb.

Qeyd edək ki, A. Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb.

O, hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilib.

Barəsində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

# 2310
avatar

Oxşar yazılar