Penitensiar xidmət həbsdə olan sabiq deputat Rafael Cəbrayılovun vəfat etməsi lə bağlı məlumat yayıb.
Lent.az xəbər verir ki, məlumatda deyilir:
"Kütləvi informasiya vasitələrinin sorğularına cavab olaraq Ədliyyə Nazirliyinin Penitensiar xidməti bildirir ki, vəzifə cinayətinə və dələduzluq əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmuş Milli Məclisin sabiq üzvü Cəbrayılov Rəfael Kamil oğlu sentyabr 30-da müalicə aldığı xəstəxanada vəfat edib.
Qeyd olunur ki, Bakı Ağır Cinayətlər Məhkəməsində haqqında işinə baxılan R.Cəbrayılovun hüquqlarını müdafiə edən vəkili koronavirus infeksiyasına yoluxduğu üçün məhkəmə təxirə salınıb.
Bundan sonra R.Cəbrayılovdan "COVİD-19" infeksiyasına qarşı test nümunələri götürülmüş və nəticəsi pozitiv çıxıb.
Cəzaçəkmə müəssisələrində könüllü olaraq aparılan kütləvi vaksinasiyadan qəti imtina etmiş 63 yaşlı, xroniki şəkərli diabetin kəskinləşməsindən və arterial hipertoniyadan əziyyət çəkən R.Cəbrayılov müvafiq müalicə tədbirlərinə cəlb olunub, lakin xroniki xəstəlikləri ilə əlaqədar təhlükəli risk qrupuna daxil olması nəzərə alınaraq sentyabrın 28-də o, müalicəsini davam etdirmək üçün "Yeni Klinika" xəstəxanasına yerləşdirilib.
Aparılan müalicə tədbirlərinə baxmayaraq R.Cəbrayılov vəfat edib".