Saxta polis
03 may 2021 12:29 (UTC +04:00)

Saxta polis

Həbs edilən "polis mayoru"nun evindən GÖRÜN NƏLƏR ÇIXDI - FOTO

Daxili İşlər Nazirliyinin əməkdaşları özünü polis kimi təqdim edən şəxsin evində axtarış tədbirləri həyata keçiriblər.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, nəticədə onun evindən polis şevronu, qandal, cinayət əməlində işlətdiyi telefonlar və digər əşyalar maddi sübut kimi götürülüb.

Qeyd edək ki, 2 gün əvvəl sosial şəbəkədə özünü polis kimi təqdim edərək qadınları şantaj edən şəxs barədə mediada məlumat yayılmışdı.

Hazırda faktla bağlı Nəsimi rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb.

İstintaq hərəkətləri davam etdirilir.

Xatırladaq ki, saxlanılan şəxs Elvin Əliyevdir. O, əvvəllər Cinayət Məcəlləsinin 182.1-ci ( Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) və 310-cu (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə məhkum olunub.

Hazırda onun barəsində Nəsimi rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 182.1-ci ( Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) və 310-cu (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddəsi ilə cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14362

Oxşar yazılar

Bakıda məktəbli qız itkin düşdü

Bakıda məktəbli qız itkin düşdü

20 may 2025 , 15:53
Bakıda kişini maşın vurub öldürdü

Bakıda kişini maşın vurub öldürdü

20 may 2025 , 15:52
Yol polisi 9 yaşlı  sürücünü QOVDU

Yol polisi 9 yaşlı sürücünü QOVDU

20 may 2025 , 15:24
"Bandotdel"dən SİLSİLƏ ƏMƏLİYYATLAR:  həbs olunanlar var - VİDEO

"Bandotdel"dən SİLSİLƏ ƏMƏLİYYATLAR: həbs olunanlar var - VİDEO

20 may 2025 , 14:47
Göyçayda gənc oğlanın meyiti tapıldı

Göyçayda gənc oğlanın meyiti tapıldı

20 may 2025 , 14:42
Ana bətnindəki körpəni  öldürüb meyiti gizlətdi - VİDEO

Ana bətnindəki körpəni öldürüb meyiti gizlətdi - VİDEO

20 may 2025 , 14:14
Şəmkirdə gənc oğlanın meyiti tapıldı

Şəmkirdə gənc oğlanın meyiti tapıldı

20 may 2025 , 13:46
Sumqayıtda zavodda PARTLAYIŞ:  5 yaralı - YENİLƏNİB

Sumqayıtda zavodda PARTLAYIŞ: 5 yaralı - YENİLƏNİB

20 may 2025 , 13:45