Yevlax şəhərində piyadanı maşın vurub.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə 2 saylı orta məktəbin yaxınlığında baş verib.
Minik avtomobili 2003-cü il təvəllüdlü, rayon sakini Qasımova Səma İman qızını vurub.
Yaralı xəstəxanaya yerləşdirilib. Onun hamilə olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.