Ambulans qəzasında  ölən polis imiş - YENİLƏNİB
01 avqust 2025 11:20 (UTC +04:00)

Ambulans qəzasında ölən polis imiş - YENİLƏNİB

Bu gün səhər saatlarında Hacıqabulda baş vermiş ağır qəzada həyatını itirən polis əməkdaşı olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, ambulans qəzasında ölən Rəsul Qurbanlı Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı olub. 

R. Qurbanlı operativ nəqliyyat vasitəsi ilə Füzulidən Bakıya, xüsusi təyinatlı tibb müəssisəsinə gətirilən xəstəni müşayiət edibmiş.

***

saat 10:07

Hacıqabulda təcili yardım maşının qəzaya düşməsi nəticəsində ölən və yaralananların adları məlum olub. 

Lent.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Nəvahi kəndindən keçən hissəsində qeydə alınıb.

Füzuli rayonunun Böyük Bəhmənli kənd sakini, 1971-ci il təvəllüdlü Həmzəyev Namiq Marif oğlunun idarə etdiyi təcili yardım maşınının dəmir səddə çırpılması nəticəsində Füzuli rayon sakini, 1993-cü il təvəllüdlü Qurbanlı Rəsul ölüb, sürücü və həkim Füzuli rayonunun Araz Dilağarda kənd sakini, 1965-ci il təvəllüdlü Quliyev Əliağa Təhməz oğlu müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Avtomobildə olan sərnişin də hadisə yerində ölüb. Onun şəxsiyyəi müəyyənləşdirlilir.

Qeyd edək ki, Füzuli xəstəxanasının təcili yardım maşını Bakıya xəstə aparıb geri qayıdarkən qəzaya düşüb.

Faktla bağlı araşdırma aparılır.

***

saat 07:42

Hacıqabulda təcili yardım maşını qəzaya uğrayıb.

Lent.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Hacıqabul rayonunun Nəvahi kəndindən keçən hissəsində baş verib.

Təcili yardım maşınının dəmir səddə çırpılması nəticəsində bir nəfər ölüb, iki nəfər isə ağır vəziyyətdə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2592

Oxşar yazılar