Hacıqabul sakinini avtomobil vuraraq öldürdü
23 noyabr 2021 21:05 (UTC +04:00)

Hacıqabul sakinini avtomobil vuraraq öldürdü

0

Bakı-Qazax magistralında ölümlə nəticələnən qəza baş verib.

Lent.az-ın APA-ya istinadla  məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul şəhərindən keçən hissəsində baş verib. 

Şəmkir rayon sakini, 1993-cü il təvəllüdlü Bürcəliyev Amin Ələddin oğlunun idarə etdiyi "Mercedes" markalı 90 MD 987 dövlət nömrə nişanlı avtomobillə yolu keçən Hacıqabul şəhər sakini, 1978-ci il təvəllüdlü İsmayılov Ramil Kamal oğlunu vuraraq öldürüb. 
Faktla bağlı DYP tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1640

Oxşar yazılar