Hacıbala Abutalıbovun oğlu Türkiyəni QARIŞDIRDI:  tarixi binanın üstünə ev tikdi
11 yanvar 2024 12:29 (UTC +04:00)

Hacıbala Abutalıbovun oğlu Türkiyəni QARIŞDIRDI: tarixi binanın üstünə ev tikdi

Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov İstanbulda tarixi binaya qanunsuz müdaxilə edib.

Lent.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. 

Bildirilib ki, İsrafil Abutalıbov İstanbulun Fatih bölgəsində yerləşən tarixi binanın üstündə yeni mərtəbə inşa edib.

Həmin bölgədə bir çox mülkə sahib olan İsrafil Abutalıbov bərpa adı altında binanın xarici görünüşünə xələl gətirib.

Məsələ ilə bağlı şikayət edilsə də, binada inşaat işləri davam etdirilib.

Binanın düz yanındakı tikilidə mənzili olan İlyas Bayezit pəncərələrin tamamilə bağlandığını bildirib. Daha sonra Bayezit 2019-cu ildə müxtəlif yerlərə lazımi şikayətlər edib. Bununla belə, şikayətlərə 2020-ci ildə baxılıb.

İsrafil Abutalıbov da öz növbəsində İlyas Bayezitdən prokurorluğa şikayət edib. O, İlyas Bayezitin müxtəlif yerlərə şikayət etməsinin məqsədinin onu pulla hədələmək olduğunu əsas gətirib. Abutalıbov şikayətçinin “Mənə pul verməsən, səndən daha çox şikayət edəcəm” dediyini iddia edib.

İstanbul Böyük Şəhər Bələdiyyəsinə, Fatih Bələdiyyəsinə, eyni zamanda, aidiyyəti qurumlara edilən şikayətlərdən sonra binada lazımi yoxlamalar aparılıb və qanunsuz əlavələrin olduğu müəyyən edilib.

Qeyd edilib ki, lakin heç bir söküntü aparılmayıb, prokurorluğa müraciət isə nəticəsiz qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 22293
avatar

Arzu Qurbanlı

Oxşar yazılar