Gürcüstan ordusunun azərbaycanlı hərbçisi özünü GÜLLƏLƏDİ
09 iyun 2023 10:48 (UTC +04:00)

Gürcüstan ordusunun azərbaycanlı hərbçisi özünü GÜLLƏLƏDİ

Gürcüstan ordusunda xidmət edən azərbaycanlı intihar edib.

Lent.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iyunun 8-də Müdafiə Qüvvələrinin bölmələrindən birində xidmət edən 18 yaşlı hərbi qulluqçu Yusif Nəsibov həlak olub. Onun ölümü ilə əlaqədar Hərbi Polis Departamentində Cinayət Məcəlləsinin 115-ci (intihar) maddəsi ilə cinayət işi başlanılıb.

Məlumata görə, hərbi qulluqçu hadisə baş verərkən postda qarovulda olub. Atəş səsinin gəlməsindən sonra əraziyə baxış keçirilərkən Yusif Nəsibovun meyiti tapılıb.

İlkin məlumata görə, hərbi qulluqçu atəş nəticəsində çənəsindən xəsarət alıb və hadisə yerində dünyasını dəyişib.

18 yaşlı Yusif Nəsibovun Marneuli rayonunun Qırıxlı kəndindən olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2151

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15