"Paytaxtdakı güclü külək səbəbilə baş verən hadisələrdə insan tələfatı qeydə alınmayıb".
Bu barədə Lent.az-a Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.
Bildirilib ki, dünən gecəyədək Bakıda 64 ağac aşıb:
"Həmin ağaclar mütəxəssislər tərəfindən ərazilərdən götürülüb".