Güclü külək Daşkəsəndə fəsadlar törətdi
11 avqust 2021 21:22 (UTC +04:00)

Güclü külək Daşkəsəndə fəsadlar törətdi

1

Daşkəsəndə güclü külək fəsadlar törədib.

APA-nın yerli bürosunun məlumatına görə, Daşkəsən şəhəri, rayonun Alunitdağ qəsəbəsi, Aşağı Daşkəsən və ucqar kəndlərdə külək binalara və fərdi evlərə ziyan vurub.

O cümlədən Daşkəsən şəhərinin, qəsəbə və kəndlərin yaşayış, sosial və inzibati binalarının dam örtüklərinə və rayonun elektrik, rabitə təsərrüfatlarına, şəxsi təsərrüfatlara ziyan dəyib. Güclü külək binaların dam örtüklərini tamamilə sıradan çıxarıb, taxta konstruksiyalarla birlikdə yerə atıb. Ucqar kəndlərdə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Rayon fövqəladə hallar komissiyasının nümayəndələri ərazilərə cəlb olunub. Hazırda rayonda küləkli hava şəraiti davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 2305

Oxşar yazılar