Gəncədə avtobus qarət edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, sentyabrın 15-də Gülüstan qəsəbəsindəki dayanacaqda M.Məmmədova məxsus “MAN” markalı avtobusdan 37.430 manat dəyərində 58 ədəd oturacaq, 1 ədəd kondisioner kompressoru, 9 ədəd təkər və 9 ədəd disk oğurlanıb.
Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən dayanacağın gözətçisi Gəncə şəhər sakini Q.İmanov və qohumu M.Məmmədov saxlanılıblar.