Göygöldə uşaqların zəhərləndiyi dərman ölkəyə qanunsuz gətirilib  - YENİLƏNİB
30 avqust 2024 15:09 (UTC +04:00)

Göygöldə uşaqların zəhərləndiyi dərman ölkəyə qanunsuz gətirilib - YENİLƏNİB

Səhiyyə Nazirliyi Göygöldə uşaqların zəhərlənməsinə səbəb olan "Niastol" preparatı ilə bağlı məlumat yayıb.

Nazirliyin Analitik Ekspertiza Mərkəzindən Lent.az-a bildirilib ki, Azərbaycan Respublikası Dərman Vasitələrinin Dövlət Reyestrində "Niastol" adda məhsul qeydiyyatdan keçməyib və idxalına icazə verilməyib. "Niastol" adlı kimyəvi preparat baytarlıqda mal-qaranın dezinfeksiyasında istifadə edilir.

***

14:44

TƏBİB Göygöldəki zəhərlənmə ilə bağlı məlumat yayıb.

Qurumdan Lent.az-a bildirilib ki, avqustun 30-da saat 1 radələrində rayonun Balcılı kənd sakinləri 63 yaşlı qadın və 3 azyaşlı dəqiqləşdirilməmiş dərman zəhərlənməsi diaqnozu ilə Göygöl rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə müraciət edib.

Məlumata görə, onlardan biri, 10 yaşlı uşağın həkiməqədər ölüm faktı qeydə alınıb.

Digər iki uşaq zəruri tibbi yardımlar göstərildikdən sonra ixtisaslı həkim müayinəsi üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Uşaq Xəstəxanasına hospitalizasiya olunub. Onlardan birinin vəziyyəti ağır, digəri orta ağır qiymətləndirilir.

İlkin zəruri tibbi yardımdan sonra Abbas Səhhət adına Xəstəxanaya hospitalizasiya olunan ananın vəziyyəti isə hazırda orta ağır qiymətləndirilir.

***

Göygöl rayonunda dərmandan zəhərlənənlərin kimliyi açıqlanıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisənin 53 yaşlı Mətanət Qasımovanın 6 yaşlı qızı Qasımzadə Fidan Ceyhun, 10 yaşlı Simuzər Vəliyeva, 10 yaşlı Aydan Orucovanın başını dərmanla yuyan zaman baş verdiyi bildirilir.

Nəticədə onların dördü də zəhərlənib. Aydan Orucova ölüb.

***

14:00

Göygöl rayonunda zəhərlənmə baş verib.

Lent.az-ın APA-ya istinadəən məlumatına görə, hadisə kəndlərdən birində qeydə alınıb.

Dörd nəfərin zəhərləndiyi, onlardan üçünün uşaq olduğu qeyd edilib. Zəhərlənmə nəticəsində doqquz yaşlı uşaq isə ölüb.

Onların "Niastol" adlı dərmandan zəhərləndikləri ehtimal edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2487
avatar

Oxşar yazılar