Göygöldə yol qəzası baş verib.
Lent.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində baş verib.
“Mercedes” markalı avtomobillə “Opel” toqquşub.
Zərbənin təsirindən “Mercedes” markalı avtomobil idarəetməni itirərək yol nişanını sıradan çıxarıb və hasara çırpılıb.
Qəza zamanı iki qadın xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu