Göygöldə avtomobil piyadanı vuraraq öldürdü
06 sentyabr 2021 22:50 (UTC +04:00)

Göygöldə avtomobil piyadanı vuraraq öldürdü

Göygöl rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Göygöl-Toğanalı avtomobil yolunun Göygöl ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Mitsubishi" markalı minik maşını yolu keçmək istəyən Göygöl rayon sakini, 1966-cı il təvəllüdlü Bilal İsgəndərovu vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

# 1293
avatar

Oxşar yazılar