Göygöl rayonuna yeni DYP rəisi təyin olundu
12 aprel 2024 15:39 (UTC +04:00)

Göygöl rayonuna yeni DYP rəisi təyin olundu

Göygöl rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə yeni rəis təyin edilib.

Lent.az APA-ya istinadla xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Məşədiyev Arif Nazim oğlu Göygöl rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi vəzifəsinə təyin alıb. O, bu təyinata qədər İsmayıllı RPŞ DYP bölməsinin rəisi olub.

Göygöl rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əvvəlki rəisi Azər Ələkbərov daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmri Xankəndi şəhər Polis şöbəsinin DYP bölməsinə rəis təyin edilib.

# 5721
avatar

Oxşar yazılar