Göyçayda kişini maşın vurub öldürdü
09 dekabr 2023 09:24 (UTC +04:00)

Göyçayda kişini maşın vurub öldürdü

Göyçayda piyada ölümü ilə nəticələnən qəza olub.

Lent.az xəbər verir ki, Göyçay rayonu ərazisində Samir Hüseynov idarə etdiyi “Opel” markalı avtomobil ilə yolu keçən piyada, 54 yaşlı Hüseynov Ceyhun Akif oğlunu vurub. Piyada xəstəxanaya yerləşdirilib və göstərilən tibbi yardımlaraq baxmayaraq orada vəfat edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3501
avatar

Mehman Nəbiyev

Oxşar yazılar