Gorus-Qafan yolunda iranlı sürücülər saxlanıldı - RƏSMİ
15 sentyabr 2021 17:30 (UTC +04:00)

Gorus-Qafan yolunda iranlı sürücülər saxlanıldı - RƏSMİ

Gorus-Qafan yolunda iranlı sürücülər saxlanılıb.  

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Lent.az-a açıqlamasında bildirib ki,  saxlanılan sürücülər qanunsuz yollarla Azərbaycan ərazisinə daxil olublar: "Ermənistan ərazisindən yük daşımaq məqsədi ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçən avtomobillər Daxili İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar. Həmin avtomobillərin sürücüləri barəsində Azərbaycan Respublikasının qanunlarına uyğun müvafiq tədbirlər görüləcək".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7730

Oxşar yazılar