Goranboyda yük maşını aşdı, yola buğda dağıldı - FOTO
23 sentyabr 2021 01:42 (UTC +04:00)

Goranboyda yük maşını aşdı, yola buğda dağıldı - FOTO

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Goranboy ərazisindən keçən hissəsində qeydə alınıb.

Yük yeri buğda ilə dolu olan "MAN" markalı yük maşını Gəncə istiqamətdə hərəkətdə olarkən idarəetmədən çıxıb və yoldan çıxaraq aşıb. Qəza zamanı xəsarət alan olmasa da, yük maşınının qoşqusundakı 20 tona yaxın buğda yol kənarına dağılıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1353

Oxşar yazılar