Goranboyda 37 yaşlı qadını zəhərli həşərat sancıb.
Lent.az-ın Mingəçevir bürosunun məlumatına görə, hadisə Goranboy şəhərində qeydə alınıb.
1984-cü il təvəllüdlü rayon sakini Günel Zeynalovanı böyə zəhərli həşəratı sancıb.
Xəstəxana şəraitində zəruri tibbi yardım alan qadın daha sonra ambulator müalicə üçün evə buraxılıb.