Goranboyda evdən oğurluq olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, rayon ərazisindəki evlərin birindən 4200 manat pul, qızıl-zinət əşyaları oğurlanıb.
Goranboy rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakini V.Zamanov saxlanılıb.
Araşdırma aparılır.