Goranboyda ağır yanıq xəsarətləri alan 6 aylıq körpə xəstəxanada ölüb.
Lent.az-ın APA-ya istinadən məlumatına görə, 2024-cü il təvəllüdlü Ö.Mamedov gecə saatlarında Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Uşaq Xəstəxanasında ölüb.
Həkimlərinin tibbi müdaxiləsinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.
***
15 sentyabr Saat 19:22
Xəbərə fotolar əlavə edilib.
***
18:30
Goranboyda baş verən yanğında 6 aylıq körpə yanıq xəsarətləri alıb.
Lent.az-ın APA-ya istinadən məlumatına görə, yanıq xəsarətləri alan 2024-cü il təvəllüdlü Ö.Mammedovdur.
Körpənin vəziyyəti ağır olduğundan Gəncədə yerləşən xəstəxanaların birinə aparılıb.
***
18:11
Goranboy rayonunun Veyisli kəndində ümumi sahəsi 95 m² olan kürsülü, birmərtəbəli 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və içərisində olan ev əşyaları 20 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.