Goranboya dolu yağıb.
Lent.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, dolu əsasən rayonun mərkəzinə və bir neçə kəndlərinə yağıb.
Təxminən 10 dəqiqə yağan dolu dənələrinin diametri 20-25 millimetr olub.
Təbiət hadisəsinin hər hansı bir fəsad törətməsi ilə bağlı məlumat yoxdur.
Qeyd edək ki, yağan güclü yağışdan sonra bəzi rayonlara sel gəlib.
Hazırda qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.