General-mayor Hikmət Həsənovun minaya düşməsi ilə bağlı cinayət işi açılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a bildirilib ki, general-mayor Hikmət Həsənovun 2020-ci il noyabrın 20-də işğaldan azad olunmuş Ağdam rayonuna daxil olarkən zirehli maşında minaya düşməsi nəticəsində xəsarət alması faktı ilə bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 29, 120.2.12-ci ( milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır.
General-mayor Hikmət Həsənovun minaya düşdüyü yer