Gəncədə və Xaçmazda 2 nəfər infarktdan ölüb.
Lent.az xəbər verir ki, hadisələrdən biri Gəncənin M. Hacıyev küçəsində baş verib. Samux rayon sakini 65 yaşlı Rafil Əjdər oğlu Hüseynov küçədə qəflətən infarktdan dünyasını dəyişib.
Digər hadisə Xaçmazın Qusarçay kəndinin ərazisində baş verib. 32 yaşlı Nurlan Əli oğlu Muradov qəflətən ölüb. Müayinə zamanı onun da infarktdan öldüyü müəyyən edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.