Gəncədə zəhərlənmə faktı qeydə alınıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən binaların birində baş verib.
Ağdaş rayon sakini 2006-cı il təvəllüdlü S.Məcidova və Şirvan şəhər sakini 2006-cı il təvəllüdlü N.Nərimanova zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər.
Dərhal hər iki xəstəyə yardım edilib,onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Məlumata görə, gənc qızlar yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Qeyd edək ki,S.Məcidova və N Nərimanova Gəncə Dövlət Universtetinin tələbələridir.