Gəncədə fərdi yaşayış evində baş verən yanğın söndürülüb - FOTO  - YENİLƏNİB
27 may 2021 23:05 (UTC +04:00)

Gəncədə fərdi yaşayış evində baş verən yanğın söndürülüb - FOTO - YENİLƏNİB

0

Gəncədə fərdi yaşayış evində baş verən yanğın tam söndürülüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisənin baş verdiyi ünvana elektrik enerjisinin və qazın verilişi müvəqqəti olaraq dayandırılıb.

***

22:24

Gəncədə fərdi yaşayış evində yanğın baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Nizami Gəncəvi prospektində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə bölməsinin canlı qüvvəsi və texnikası cəlb edilib.

İlkin məlumata görə, yanğın zamanı 1958-ci il təvəllüdlü Əliyev Füzuli Ələkbər oğlu ölüb.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2399

Oxşar yazılar