Gəncədə "Dubay" bazarında QANLI HADİSƏ:  23 yaşlı oğlan...
14 noyabr 2022 09:24 (UTC +04:00)

Gəncədə "Dubay" bazarında QANLI HADİSƏ: 23 yaşlı oğlan...

Gəncədə bıçaqlanma hadisəsi olub. 

Lent.az-ın məlumatına görə, hadisə şəhərin Azərbaycan Bayrağı küçəsində yerləşən “Dubay” bazarı adlanan yerdə baş verib. 

Belə ki, 1998-ci il təvəllüdlü Yadigar Yaqub oğlu Rəhimov aralarında yaranmış şəxsi münasibətlər zəminində 1999-cu il təvəllüdlü Ülvi Elsevər oğlu Mehtizadəni kürəyindən bıçaqlayıb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır. 
 

# 2421
avatar

Fidan İlqar

Oxşar yazılar