Qusar rayonunda intihar baş verib.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Avaran kəndində qeydə alınıb. Kənd sakini 24 yaşlı Rəşad Xavər oğlu Şeydabəyov yaşadığı evin həyətində özünü asıb. Onun asılmış meyitini ailə üzvləri aşkar edib.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırma aparılır.