Gənc oğlana üç bıçaq zərbəsi vuruldu – VƏZİYYƏTİ AĞIRDIR
26 noyabr 2021 04:59 (UTC +04:00)

Gənc oğlana üç bıçaq zərbəsi vuruldu – VƏZİYYƏTİ AĞIRDIR

0

Bakının Suraxanı rayonunda bıçaqlanma baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Yeni Suraxanı qəsəbəsində baş verib.

1995-ci il təvəllüdlü Əlizadə Murad Nemət oğlu naməlum şəxslə dava zamanı bıçaqlanıb. Ona sol nahiyəsindən bel, döş qəfəsi və qoluna ümumilikdə üç bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.

Faktla bağlı hüquq mühafizə orqanları araşdırma aparır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2029

Oxşar yazılar