Gənc oğlan kafedə qətlə yetirildi - BAKIDA
15 sentyabr 2021 01:25 (UTC +04:00)

Gənc oğlan kafedə qətlə yetirildi - BAKIDA

Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Balaxanı qəsəbəsində qeydə alınıb.

1992-ci il təvəllüdlü Abulov Zabit Hakim oğlu nalayiq ifadalərə görə kafedə müştəri ilə əlbəyaxa dava edib. Dava zamanı o bıçaqlanıb. Z.Abulov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla əlaqədar Sabunçu Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə cəlb edilib.

Cinayət işi başlanılıb, araşdırmalar aparılır.

# 1986
avatar

Oxşar yazılar