Gecə işləyən çay evinin sahibini polis apardı
15 sentyabr 2021 18:46 (UTC +04:00)

Gecə işləyən çay evinin sahibini polis apardı

Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları rayonun Slavyanka kəndi ərazisində gecə saatlarında gizli şəkildə fəaliyyət göstərən çayevi aşkarlayıb. 

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan Lent.az-a verilən məlumata görə,  obyekt sahibi Elşən Əliyev və müştərilər saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Onların barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.
 

# 1566
avatar

Oxşar yazılar