Rusiyanın Buryatiya Respublikasının Ulan-Ude şəhərində çağırışa gələn təcili tibbi yardımın feldşeri döyülüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Ulan-Udenin Jeleznodorojnı rayonunda baş verib. Təcili yardım işçiləri qan təzyiqi yüksəlmiş şəhər sakininin çağırışına gəlib. Mənzilin astanasında həkimləri xəstənin əri qarşılayıb, o, feldşerə yumruqları ilə hücum edib və onun başına bir neçə zərbə endirib.
Kişi həkimləri gec gəlməkdə ittiham edib. Həkimlər təcili yardım maşınındakı “çaxnaşma düyməsini” basaraq Milli Qvardiya dəstəsini çağırıblar. Milli Qvardiyanın gəlişindən sonra kişi sakitləşib. 50 yaşlı Ulan-Ude sakini saxlanılaraq polisə aparılıb.
Müəyyənləşib ki, onun arvadı da sərxoş olub və qadın tibbi yardımdan imtina edib.