Füzulidə düşmən tərəfindən minalanmış ərazidə meşə zolağında yanğın SÖNDÜRÜLDÜ
02 iyul 2021 21:42 (UTC +04:00)

Füzulidə düşmən tərəfindən minalanmış ərazidə meşə zolağında yanğın SÖNDÜRÜLDÜ

Füzuli rayonunun Qacar kəndində (Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi istiqamətində) düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verib.

APA Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, yanğının söndürülməsi istiqamətində dərhal FHN-in Aviasiya dəstəsinin bir ədəd helikopteri cəlb olunmaqla Nazirlik tərəfindən təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb.

Görülmüş operativ tədbirlər sayəsində yanğın genişlənərək sıx meşəlik əraziyə keçməsinin qarşısı alınaraq söndürülüb.

# 1590
avatar

Oxşar yazılar