Fransalı müəllim paytaxtda  intihar etdi
22 noyabr 2021 10:11 (UTC +04:00)

Fransalı müəllim paytaxtda intihar etdi

Fransa vətəndaşı noyabrın 22-nə keçən gecə Moskvanın mərkəzindəki mənzildə intihar edib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, cəsədi britaniyalı qadın - onun həyat yoldaşı tapıb.

Mənbələrin bildirdiyinə görə, kişi evə pis əhval-ruhiyyədə gəlib. Arvadı küçəyə çıxıb və geri qayıdanda kişini ölü görüb. İntihar zamanı mənzildə uşaq olub. Əcnəbinin ölümünün təfərrüatları araşdırılır.

# 1734
avatar

Oxşar yazılar