Əfqanıstanda bir ailənin 11 üzvü öldü: hava zərbəsindən
22 mart 2020 20:27 (UTC +04:00)

Əfqanıstanda bir ailənin 11 üzvü öldü: hava zərbəsindən

Əfqanıstanın şimalında yerləşən Qunduz əyalətinə edilən hava hücumu nəticəsində bir ailənin 11 üzvü ölüb.

APA “Sputnik”-ə istinadən xəbər verir ki, ailənin yalnız bir azyaşlı üzvü - Yar Məhəmməd sağ qalıb.

Bildirilib ki, hava zərbəsi İmam Sahib rayonunun Yakatot bölgəsinə dünən gecə endirilib. 

Əfqanıstanın hərbi mənbələrindən hadisəyə münasibət bildirilməsə də, Qunduz polisinin sözçüsü Həcərullah Akbari açıqlamasında deyib ki, əyalətin Daş-e-Arçı, Xan Abad və İmam Sahib rayonları "Taliban"ın hava hücumuna məruz qalıb: "Şiddətli döyüşlər zamanı 24 silahlı “Taliban”çı öldürülüb, terror təşkilatının lideri Qari Hafiz də daxil olmaqla, 19 nəfər yaralanıb. Əfqan təhlükəsizlik qüvvələrindən 2 hərbçi həlak olub, 4-ü yaralanıb”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 820
avatar

Oxşar yazılar