Hacıqabulda xəsarətlə nəticələnən yol qəzası baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax yolunun 107-ci kilometrliyində, Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində qeydə alınıb.
Gədəbəy sakini, 1961-ci il təvəllüdlü Qurbanov Əmrəli Əli oğlunun idarə etditi “Ford Transit” markalı 90-SO-269 dövlət nömrə nişanlı avtomobil Sabirabad sakini, 1978-ci il təvəllüdlü Əliyev Damət Sərxoş oğlunun idarə etdiyi “KamAZ” markalı 54-BB-606 dövlət nömrə nişanlı avtomobilə arxadan çırpılıb.
Nəticədə “Ford” markalı avtomobilin sürcüsü və onun həyat yoldaşı - 1965-ci il təvəllüdlü Qurbanova Tamilla Fərman qızı müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə yerinə FHN-in Hacıqabul Yanğından Mühafizə idarəsinin xilasediciləri cəlb edilib. Avtomobildə sıxılmış vəziyyətdə olan sürücü xüsusi avadanlığın köməyi ilə avtomobildən çıxarılıb və yaralılar Şirvan Şəhər Xəstəxanaına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.