Şəmkirdəki ticarət mərkəzi
07 sentyabr 2021 12:41 (UTC +04:00)

Şəmkirdəki ticarət mərkəzi

FHN Şəmkirdə ticarət mərkəzini bağladı - VİDEO

Şəmkirdə ticarət mərkəzində nöqsanlar aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Şəmkir rayonu, Çinarlı qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzində aparılmış plandankənar yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, aşkar edilmiş nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki,

- Azərbaycanda Yanğın Təhlükəsizliyi Qaydalarının tələblərinə zidd olaraq, Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmadan obyektin təyinatı dəyişdirilib;

- odadavamlılığın artırılması üçün tikililərin taxta konstruksiyaları odadavamlı məhlulla hopdurulmayıb;

- yanğın su hovuzuna yanğın avtomobilininin yan alıb su götürə bilməsi üçün 12x12 metr ölçüdə bərk örtüklü meydança salınmayıb;

- tələb olunan sahələrdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb;

- obyekt normativ sənədlərin tələblərinə uyğun olaraq odsöndürənlərlə təchiz olunmayıb, mövcud olan odsöndürənlərin tərkibi isə yenisi ilə əvəz edilməyib;

- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, yanğın təhlükəli qeyri-standart elektrik sobalarının istismarına yol verilib.

Beləliklə, mövcud vəziyyətdə obyektdə baş verə biləcək yanğın qısa zamanda geniş əraziyə yayılmaqla faciə qaçılmaz olacaqdır.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması səbəbindən baş verə biləcək yanğın hadisələrindən insanların həyatının və sağlamlığının, dövlətin əmlak maraqlarının, milli sərvətin, ətraf mühitin, bütün mülkiyyət növlərinin qorunması məqsədilə, “Yanğın təhlükəsizliyi haqqında” qanunun 25-ci maddəsinin 9-cu və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti haqqında Əsasnamə”nin 9.7-ci bəndininin tələblərini rəhbər tutaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş Şəmkir rayonu, Çinarlı qəsəbəsində fəaliyyət göstərən ticarət mərkəzinin ərazisində yerləşən ictimai-iaşə obyektində işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılması barədə Qərar qəbul edilib.

Şəmkirdəki ticarət mərkəzi bağlandı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1884
avatar

Mehman Nəbiyev

Oxşar yazılar