Fərdi yaşayış evində yanğın baş verdi
16 noyabr 2021 08:17 (UTC +04:00)

Fərdi yaşayış evində yanğın baş verdi

Zaqatala rayonunun Mosul kəndində Eyyub Bayramova  məxsus  ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, ümumi sahəsi 160 kv/m olan 4 otaqdan ibarət evdə baş verən yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində evin ikinci mərtəbəsindəki 24 kv/m-lik bir otaq içərisində olan  əşyalarla birlikdə yanıb.  Evin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 981
avatar

Oxşar yazılar