Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən görülən tədbirlərlə bu əməllərə yol verən 28 yaılı Müşfiq Sərhəngov saxlanılıb.
Müvafiq qərarla M.Sərhəngov inzibati qaydada həbs edilib.