Bakının Nizami rayonu ərazisində bir nəfərin mənzillərin pəncərəsindən baxaraq etikasız hərəkət etməsi ilə bağlı yayılan görüntülər araşdırılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az bildirilib ki, araşdırmalarla həmin şəxsin 42 yaşlı Pünhan Cabbarov olması müəyyən edilərək saxlanılıb.
Müvafiq qərarla P.Cabbarov 30 gün müddətinə inzibati qaydada həbs edilib.