İyunun 21-də Quba rayonu ərazisindəki evlərin birindən 2500 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Quba rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Aşağı Atuc kənd sakini Ş.Mürsəliyev saxlanılıb.