Evdən gedən qadından 1 aydır xəbər yoxdur-FOTO
17 avqust 2021 13:03 (UTC +04:00)

Evdən gedən qadından 1 aydır xəbər yoxdur-FOTO

Şamaxıda 37 yaşlı qadın itkin düşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, iyulun 20-də Şamaxı şəhər sakini, 37 yaşlı Hacıbabayeva Xalidə Məhəmməd qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Xalidə Hacıbabayevanın boyu 160 sm, saçları qara və orta bədən quruluşludur.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzi Xidmətinə, həmçinin Şamaxı rayon Polis Şöbəsinin (020)265-21-01 şəhər və 055-491-21-01mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2037
avatar

Mehman Nəbiyev

Oxşar yazılar